İspaniyanın "Real" klubunun hücumçusu Vinisius Junior futboldan iki il müddətinə uzaqlaşdırıla bilər.
“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, buna səbəb futbolçunun atası, eyni zamanda agenti olan Tassilio Soareşin rəhbərlik etdiyi şirkət vasitəsilə bir neçə peşəkar futbol klubunun alınmasıdır.
Vinisiusun hələ də fəal futbolçu olduğu və bu cür sövdələşmələrin maraqların toqquşmasına gətirib çıxara biləcəyi qeyd edilib. Bunun nəticəsi olaraq Braziliya şirkətlərindən biri FIFA-ya müraciət edərək forvardın iki il müddətinə futboldan uzaqlaşdırılmasını istəyib.
Qeyd edək ki, Braziliyanın "Flamenqo" klubunun yetirməsi olan 24 yaşlı futbolçu 2018-ci ildə "Real"la müqavilə bağlayıb. O, cari mövsüm meydana çıxdığı 46 matçda 20 qol və 14 məhsuldar ötürmə müəllifi olub.