Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları diskvalifikasiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
XXXI turun “Sabah-2” - “Səbail-2” matçı bitdikdən sonr meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.