Azərbaycanda daha çox məhəlli tipli qazanxanalar inşa edilməlidir.
“İki sahil” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
“Bu gün Azərbaycanda 534 qazanxananın olduğu 84 istilik məntəqəsində 82 min ədəd müxtəlif detal var. Həmin detallardan birinin işləməməsi qazanxananın dayanması deməkdir. İstilik mövsümü başa çatdıqdan sonra biz bu detalları yenidən yoxlayır və yeni istilik mövsümünə qədər hazır vəziyyətə gətiririk”, - deyə o qeyd edib.
İ.Mirzəliyev əlavə edib ki, “Azəristiliktəchizat” ölkə ərazisində daha çox məhəlli tipli qazanxanaların tikintisini təklif edib: “Məhəlli tipli qazanxanaların tikintisinə zərurət var. Çünki rayon tipli qazanxalarda yaranan problemlər daha gec müddətə aradan qaldırılır”.