24 aprel 2025 14:15
106

Evə düşən ildırım yanğına səbəb oldu

Lənkəranda evə düşən ildırım yanğına səbəb olub.

“İki sahil” xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Sevdim oğlu Hüseynova məxsus ikimərtəbəli, dörd otaqlı evə ildırım düşüb. Evdə yanğın başlayıb. Yerli sakinlər tərəfindən yanğının qarşısı alınıb.

Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb.