24 aprel 2025 14:57
96

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. 

“İki sahil” xəbər verir ki,  bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:12-də baş verib. Zəlzələnin dərinliyi 5 km, maqnitudası 3 olub. 

Zəlzələ hiss olunmayıb.