Milli Məclisin deputatı Anar Məmmədov Tərtər şəhərində şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, şəhidin ailə üzvləri ilə görüşən Anar Məmmədov bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Qəhrəmanlı Yaqub Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb.