24 aprel 2025 16:18
105

Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonunun H.Əliyev prospektində fəaliyyət göstərən Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama aparıblar.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində 32 ədəd 0,5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1,75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0,5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.