Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.
“İki sahil” xəbər verir ki, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib. O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi.
Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.