26 aprel 2025 14:51
103

ABŞ-dən olan səyyah: Azad edilmiş ərazilərə qayıdışın təmini üçün minalardan təmizlənmə vacibdir

İşğaldan azad edilmiş ərazilərə insanların qayıdışını təmin etmək üçün ərazinin minalardan təmizlənməsi çox vacib addımdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-dan olan səyyah Basanth Sadasivan danışıb.

O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan ərazilərinə minlərlə mina basdırılıb:

“Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki çox mənfi bir hissəni silməyin vacib elementidir. İnsanların buraya qayıdıb təhlükəsiz şəraitdə yaşaması və xoşbəxt olması üçün minatəmizləmə fəaliyyəti çox vacibdir. Hazırda burada hər kəsin birlikdə yaxşı gələcək üçün çalışması çox önəmli məsələdir”.

Qeyd edək ki, “NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində bu gün Cəbrayıl rayonunda olublar.