26 aprel 2025 15:08
107

Devon Debani: Azad edilmiş ərazilərə qayıdan sakinlər özlərini təhlükəsiz hiss etməlidirlər

İşğaldan azad edilmiş ərazilərə sakinlərin qayıdışını təmin etmək vacib məsələdir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-dan olan səyyah Devon Debani danışıb.

“21 ildir ki, orduda xidmət edirəm və bu gün Azərbaycanda münaqişə dövründə, eləcə də ondan sonra baş verənləri müşahidə edirəm. Hazırda əsas məsələ azərbaycanlıların bu əraziyə geri qayıtmasını təmin etməkdir. Onlar özlərini təhlükəsiz hiss etməli, keçmişə baxmamalı və daha yaxşı gələcək qurmağa davam edə bilməlidirlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, “NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində bu gün Cəbrayıl rayonunda olublar.