27 aprel 2025 13:46
135

ABŞ F-35-lərini bu ölkəyə yerləşdirir

ABŞ Cənubi Koreyaya F-35A qırıcıları yerləşdirməyi nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə “Ryonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ ordusunun hazırda F-35A qırıcılarını Kunsan aviabazasında daimi yerləşdirmək ideyası var:

“Onlar əvvəlcə bir eskadrilya (təxminən 20 qırıcı) yerləşdirəcəklər”.