Rusiyanın Uruqvaydakı səfirliyinin binasında yanğın baş verib.
“İki sahil”in "Subrayado" telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerinə yanğınsöndərmə briqadaları cəlb olunub.
Bildirilir ki, paytaxt Montevideodakı binada güclü tüstülənmə müşahidə olunub, səfirlik ərazisində hərəkət çətinləşib.
İlkin məlumatlara görə, yanğın binanın ventilyasiya sistemində başlayıb. Rusiya səfirliyi insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.