Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edirik.
“İki sahil” xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən deyib.
“Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasın və bir-birimizə yardım göstərək”, - dövlət başçısı qeyd edib.