28 aprel 2025 16:18
85

Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi 640 milyon dolları ötüb

Gürcüstan hökumətinin Milli Statistika Agentliyinin məlumatına əsasən, 2025-ci ilin birinci rübündə Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi illik müqayisədə 3,7% artaraq pul ifadəsində 642,8 milyon dollar təşkil edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb. 

Məlumata görə, Rusiya Gürcüstanın ilk üç ticarət tərəfdaşı sırasındadır. Bu ilin ilk üç ayı ərzində Qafqaz ölkəsinin xarici ticarət dövriyyəsində Rusiya Federasiyasının payı 11,4% təşkil edib.

Eyni zamanda, ixracın həcmi 129,8 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz az, idxal isə 512,9 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 11,8 faiz çoxdur.

Gürcüstan Rusiyaya əsasən mineral və içməli su, kartof, şərab və digər spirtli içkilər verir. Rusiyadan Gürcüstana qaz, neft və neft məhsulları gətirilir.