28 aprel 2025 16:54
108

İspaniya, Portuqaliya, Andorra və Fransanın bəzi bölgələrində işıqlar sönüb

İspaniya, Portuqaliya, Andorra və Fransanın bəzi bölgələrində elektrik enerjisinin kəsilməsi müşahidə olunur.

“İki sahil” xəbər verir ki,  by barədə "Vanguardia" qəzeti məlumat yayıb.

"Qəfil elektrik kəsilməsi İspaniya, Portuqaliya və Andorrada iş yerləri və evləri işıqsız qoyub", - deyə, məlumatda qeyd edilir.

Bəzi sakinlərin sözlərinə görə, bütün Pireney yarımadası və Fransanın bəzi əraziləri elektriksiz qalıb.