29 aprel 2025 08:08
96

Prezident Ərdoğan bu gün İtaliyaya gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İtaliyanın paytaxtı Romaya bir günlük səfər edəcək.

İki sahil”in “TRT Haber”ə istinadla verdiyi məlumata görə, Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısına qatılacaq Ərdoğan İtaliyanın baş naziri Meloni ilə də görüşəcək. Görüş zamanı regional və qlobal hadisələrlə yanaşı, iki ölkə arasındakı münasibətlər də müzakirə olunacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”