04 may 2025 18:22
106

"Barselona" üçün şad xəbər

"Barselona"nın futbolçusu Robert Levandovskinin durumu bəlli olub. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Polşalı hücumçu artıq zədəsini bərpa edib. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında "İnter"lə matç üçün hazır olacaq. Kataloniya klubunun digər futbolçusu Alexandro Baldenin durumu isə hələ bəlli deyil. 

Qeyd edək ki, sözügedən görüş mayın 6-sı, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Komandalar arasında ilk matç 3:3 hesablı heç-heçə ilə başa çatmışdı.