16 may 2025 11:14
80

Parisdəki "Rus Evi"nin hesabları blokdan çıxarılıb

Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi Rusiyanın xaricdəki nümayəndəliyinə “həyatı təmin edən” ödənişlər etməyə icazə verib.

“İki sahil” xəbər verir ki, “İzvestiya” bu barədə təşkilatdakı mənbəyə istinadla məlumat yayıb.

"Hesab məhdud rejimdə işləyir - ödənişlər yalnız bank əməliyyatları üzrə mütəxəssisin köməyi ilə həyata keçirilir", - deyə, qəzet yazır.

“İzvestiya”nın materialına görə, 2022-ci ilin martından "Rus Evi" 15 vandalizm aktına məruz qalıb. 2025-ci ilin fevralında Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov hakimiyyətin təşkilatın işini əngəlləmək cəhdlərini açıqladı.

Xaricdəki "Rus Evləri" Xarici İşlər Nazirliyinə tabe olan Rossotrudniçestvo federal agentliyinin layihəsidir. 2022-ci ildə Avropa İttifaqı təşkilata qarşı sanksiyalar tətbiq edib.