16 may 2025 16:59
134

Anar Quliyev Ucarda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ucar şəhərində vətəndaşları qəbul edib.

"İki sahil" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayon sakinləri ilə keçirilən görüşdə torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi və şəhərsalma prosesləri ilə bağlı müraciətlərə baxılaraq, qaldırılan məsələlərin bir çoxu yerində həll edilib.