17 may 2025 18:37
93

Karyerasını başa vuran "Sumqayıt"ın kapitanı şərəfinə tədbir təşkil olunub

Futbolçu karyerasını başa vuran "Sumqayıt"ın kapitanı Vüqar Mustafayevin şərəfinə Misli Premyer Liqasının XXXV turunun "Turan Tovuz" oyunu öncəsi tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, qarşılaşmadan əvvəl 30 yaşlı yarımmüdafiəçi üçün komanda yoldaşları fəxri dəhliz düzəldiblər.

Ardınca klub prezidenti Riad Rəfiyev ona xüsusi hədiyyə təqdim edib.

Daha sonra meydanın mərkəzinə yaxınlaşan oyunçu sonuncu dəfə topa toxunaraq komanda yoldaşları ilə sağollaşıb və peşəkar karyerasını sonlandırıb.