Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Serbiyaya rəsmi səfər edəcək.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan səfər zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən qəbul ediləcək.
Serbiyalı həmkarı Marko Djuric ilə görüşü gözlənilən Fidan Türkiyə ilə Serbiya arasında çoxölçülü əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edəcək.
Bundan əlavə, Fidan Türkiyənin Balkanlarda sülh və sabitliyin qorunmasına və bu çərçivədə Serbiya ilə əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulayacaq və Bosniya və Herseqovinadakı vəziyyətin ehtiyatlı bir yanaşma və dialoq kanallarının açıq saxlanmasının vacibliyinə diqqət çəkəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”