İtaliyanın "Milan" klubu 2020/2021 mövsümündən sonra ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etməyəcək.
“İki sahil” xəbər verir ki, bu, komandanın A Seriyasının XXXVII turunda səfərdə "Roma"ya 1:3 hesabı ilə uduzduğu matçdan sonra dəqiqləşib.
Bu nəticədən sonra Milan təmsilçisi növbəti mövsümdə avrokuboklarda iştirak şansını itirib.
Qeyd edək ki, "Milan" sona 1 tur qalmış turnir cədvəlində 60 xalla 9-cu pillədə qərarlaşıb.