Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal cütləri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, 1/4 final mərhələsinin sonuncu oyununda "Oklahoma" və "Denver" komandaları üz-üzə gəliblər.
Rəqibini 125:93 hesabı ilə üstələyən "Oklahoma" seriyada önə keçib (4:3) və növbəti raunda yüksəlib.
Komanda finala gedən yolda "Minnesota" ilə qarşılaşacaq. Digər yarımfinal cütündə "Nyu-York Niks" və "İndiana" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, NBA-da yarımfinal oyunlarına mayın 21-də start veriləcək.