Aİ ölkələri Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) kimi tanınan müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş 150 milyard avroluq fond yaratmaq təklifinə dair razılıq əldə ediblər.
“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının mart ayında təklif etdiyi plan Aİ üzvlərinə və Ukrayna kimi bəzi digər ölkələrə onların müdafiə qabiliyyətini gücləndirəcək və Avropanın hərbi sənayesini gücləndirəcək layihələr üçün birgə borclar və kreditlər hesabına maliyyə vəsaiti təmin edəcək.