Vilnüs miqrasiya məsələsi ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində Minskə qarşı iddia qaldırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Litva hakimiyyəti iddia edir ki, “Litvaya miqrantların irimiqyaslı idxalı”nın təşkilinin arxasında Belarus hakimiyyəti dayanır. Litva tərəfi Belarusdan dəymiş ziyanı, o cümlədən sərhəd hasarlarının tikintisi xərclərini ödəməyi tələb edir.
"2021-ci ildən Belarus miqrasiyadan Litva və Aİ-yə qarşı silah kimi istifadə edir. Bu gün Litva miqrasiya böhranı ilə əlaqədar Belarusa qarşı Beynəlxalq Məhkəməyə iddia qaldırıb”, - deyə, Litva Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
2021-ci ildə Litva, Latviya və Polşanın səlahiyyətli orqanları Belarusla sərhəddə Yaxın Şərq və Afrikadan olan qanunsuz miqrantların sayının artdığını bildiriblər. Baltikyanı ölkələrdə miqrantların idxalını Belarus tərəfi təşkil etdiyini iddia edirdilər. Minsk ittihamları qəti şəkildə rədd edib.