20 may 2025 00:14
134

Turizm Azərbaycanın qeyri-neft srektorunda gəlirli sahəyə çevrilir

2024-cü ildə hansı ölkələrdən daha çox çox turist qəbul emişik?

İqtisadçıların fikrincə, Azərbaycanın  turizm sahəsində potensial imkanları çox yüksəkdir.  Yəni, zəngin təbii sərvətləri, rəngarəng iqlimi, qədim və zəngin tarixi-mədəni irsi olan ölkəmizə turist axın yaratmaq üçün geniş resursları mövcuddur. Məhz buna görə də  Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Xüsuüsilə Prezident İlham Əliyevin sosial siyasətində turizmin inkişafı mühüm yer tutur. Ölkəmizin başçısı çıxışlarında bildirir ki,  turizmin artıq ölkəmizə valyuta gətirən bir sahə kimi inkişaf edir. Son 20 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən Dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Məlumdur ki, turizm bir çox ölkələrin gəlir sahəsi kimi inkişaf edərək dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır. Məsələn, Avropa  ölkələri hər il bu sahədən təqribən 100 milyard dollar gəlir əldə edirlər. Qardaş Türkiyənin də bu istiqamətdə böyük uğurları var. Belə ki, 2023-cü ildə bu  ölkənin turizmdən qazancı təqribən 25 milyard dollar həcmində hesablanıb. Əslində, turizm qazanc mənbəyi olmaqla bərabər, həm də ölkənin tanıdılması, onun müasir dünyaya çıxışını sürətləndirən faktordur. Məhz həyata keçirilən tədbirlər Azərbaycanı turizm həvəskarları üçün cəlbedici məkana çevirib.  Xüsusən, Vətən  müharibəsindəki tarixi Zəfərmizdən sonra Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və burada aparılan tikinti-quruculuq işləri ölkəmizə yeni turist axını yaradıb. Dünyada ən təmiz havasına və əsrarəngiz coğrafi mövqeyinə görə tanınan Şuşaya dünyada böyük maraq var. Artıq Şuşanı nəinki xarici diplomatlar, tanımış şəxslər, o cümlədən sadə turistlər də ziyarət etməyə başlayıblar. Ümumiyyətlə, Şuşada tikilən ən müasir 5 ulduzlu otellər buranı ziyarət edənləri heyran qoyur. Eyni zamanda, belə otellər hazırda Xankəndidə, Ağdamda tikilməkdədir. Məhz ölkəmizə gələn turistilər yaxşı xidmətdən və gəzintidən razı qaldıqları üçün  yenidən Azərbaycana gəlmək arzusunda olurlar.

Dövlət Turizm Agentliyi bildirir ki, 2024-cü ildə ölkəmizə gələn turpistlərin  sayında çox ciddi artım olub. Belə ki, bu  2023-cü illə müqayisədə 26 faiz  çoxdur. Hesabat dövründə Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (389 173 nəfər), 3-cü yerdə isə Hindistan (214 669 nəfər) qərarlaşıb. Bundan başqa, il ərzində İrandan 193,9 min, Gürcüstandan 99,9 min, Səudiyyə Ərəbistandan 93,8 min, Qazaxıstandan 79,7 min, Pakistandan 72,8 min, Çindən 42,2 min, Özbəkistandan 40,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 37,6 min, Ukraynadan 33,1 min, Türkmənistandan 29,9 min, Küveytdən 29,4 min, İsraildən 26,5 min turist gəlib. Bu,  son 5 ildə Azərbaycana ən böyük turist axını deməkdir. Sözügedən artım Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici məkanlardan birinə çevrildiyini və turizm sahəsində həyata keçirilən strategiyaların uğurla nəticələndiyini göstərir.

Bu rəqəmlər birmənalı olaraq Azərbaycanın turizm ölkəsi olduğunu göstərir. Qürur doğuran odur ki, yalnız yay aylarında deyil, ilin digər fəsillərində də gəzməyə və istirahətə gələnlərin sayı çoxalıb. Hazırda respublikamızda turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bakının kommunikasiya və marketinq planı hazırlanır, turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası, xüsusən də biznes strukturları ilə əlaqələr genişləndirilir. Turistlərin üz tutduqları səfalı yerlərdən biri də Gəncə şəhəri və onun yaxın ətrafındakı rayonlardır. Ötən il Gəncə Turizm İnformasiya Mərkəzinə  minlərlə müraciət olub.

Son 15 ildə yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri də «Şahdağ» Qış-Yay Turizm Kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu kompleksin ərazisi 2058 hektardır. Nəinki Azərbaycanda, dünyada ən mükəmməl layihələrdən olan «Şahdağ» Qış-Yay Turizm Kompleksi bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərir. Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi – «Tufandağ»  Xizək Yay-Qış İstirahət Kompleksi isə Qəbələ rayonundadır. Bu möhtəşəm istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbi, hotel və digər xidmətlərdən istifadə etməyə imkan verir.

Bu gün Qəbələ rayonun nin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi istiqamətində geniş işlər həyata keçrilir. Rayonda  120-yə yaxın turizm obyekti fəaliyyət göstəirir. Burada gün ərzində 4000 mindən çox turisti  qarşılamaq, onlara yüksək səviyyədə hotel xidməti göstərmək mümkündür. Həmçinin istirahət mərkəzlərində tursitələrə dadlı Avropa və milli yeməklər təklif olunur. Kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər qonaqların ən çox maraq göstərdikləri əyləncələrdir.

Azərbaycanın şimal bölgəsinin,  xüsusilə Quba və Qusarın da cəlbedici turistik məkanları həmişə qələbəlik olur. Xüsusilə Qubada Xınalıq kəndinin turizm imkanları genişləndirilir. Hazırda dövlət tərəfindən  bölgənin ən hündür yaşayış məskənlərindən biri olan Xınalığın füsunkar görünüşünün və qədimliyinin, eləcə də tarixi, mədəni, arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni infrastruktur layihələr həyata keçrilir.

Elçin Zaman, «İki sahil»