11 iyun 2025 09:23
184

Tramp administrasiyası Kaliforniyaya federal təhsil maliyyəsinin bir hissəsini kəsməyi düşünür

ABŞ prezidenti Donald Tramp administrasiyasının Kaliforniya ştatına federal təhsil maliyyəsinin bir hissəsini kəsməyi nəzərdən keçirdiyi bildirilir.

İki sahil” xəbər verir ki, Amerikanın “Politico” jurnalının yazdığına görə, bu məsələ Tramp və Kaliforniya qubernatoru Qavin Nyusom arasında immiqrasiya etirazları və Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi ilə bağlı yaranan gərginlikdən sonra gündəmə gəlib.

Hesabatda Kaliforniyadakı dövlət məktəblərinin hər il təqribən 8 milyard dollar federal maliyyə aldığı və bu resursların aztəminatlı tələbələrin və əlilliyi olan şəxslərin təhsili üçün istifadə edildiyi qeyd edilib.

Trump administrasiyasının rəsmisi “Politico”ya bildirib ki, Konqresin təlimatlarına uyğun olaraq paylanan bəzi federal təhsil dəstəyi nəzərdən keçirilir, lakin hələlik yekun qərar verilməyib.

Ağ Ev sözçüsü Kuş Desai mövzu ilə bağlı yaydığı açıqlamada, "Heç bir vergi ödəyicisi ölkəmizin çöküşünü maliyyələşdirməyə məcbur edilməməlidir. Halbuki Kaliforniya enerjiyə qarşı, cinayəti, uşaq şikəstliyi və sığınacaq şəhəri siyasətləri ilə bunu edir", - bildirib.

Desai, Tramp administrasiyasının, “bu kabusu bitirmək və Kaliforniya xəyalını həyata qaytarmaqda qərarlı olduğunu”, - vurğulayaraq, administrasiyanın atacağı mümkün addımlarla bağlı hələ yekun qərarın verilmədiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”