11 iyun 2025 11:03
185

Çili ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb

Çili millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.

“İki sahil” xəbər verir ki, bu komandanının seçmə mərhələdə Boliviyaya məğlub (0:2) olmasından sonra reallaşıb.

Məğlubiyyətdən sonra Çili yığması ardıcıl üçüncü dəfə final mərhələsinə adlamaq şanslarını itirib. Komanda seçmə mərhələnin turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Çili Amerika Kubokunun ikiqat qalibidir. 2017-ci ildə Konfederasiyalar Kubokunun finalçısı olan yığma, 1962-ci ildə keçirilmiş dünya çempionatının bürünc mükafatçısıdır.