21 iyun 2025 23:17
101

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.

“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, F.Altaylı özünün “YouTube” kanalında bu il iyunun 20-də Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib. Bununla bağlı olaraq jurnalist haqqında istintaq başladılıb və o, saxlanılıb.