Hazırda Bakı şəhərində rəqəmsal reklam daşıyıcılarının sayı bölgələrlə müqayisədə daha yüksəkdir.
Bunu “İki sahil”ə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirdi
Onun sözlərinə görə bununla belə, Agentlik bölgələrdə də müasir reklam infrastrukturunun inkişafı üçün sahibkarlarla əməkdaşlıq edir. Rəqəmsal reklam daşıyıcılarının quraşdırılması təşviq olunur və maarifləndirici işlər aparılır.
Yaqut Ağaşahqızı, “İki sahil”