08 iyul 2025 09:09
116

Qətərdə “Starlink” istifadəyə verilib

Amerikanın “SpaceX” şirkətinin Starlink peyk rabitə sistemi Qətərdə istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Starlink” indi Qətərdə də mövcuddur”, - o, “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, “Falcon 9” daşıyıcı raketi “Starlink” orbital qrupunu doldurmaq üçün 26 mini-peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 8,5 mindən çox belə peyk buraxıb. Onlardan bəziləri uğursuz olub və ya orbitdən çıxıb. Orbitdə 7,3 mindən çox cihaz işlək vəziyyətdədir.