08 iyul 2025 15:48
112

Fon der Leyen Çini Rusiya ilə əməkdaşlığı məhdudlaşdırmağa çağırıb

Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Çindən Rusiya ilə əməkdaşlığı məhdudlaşdırmağı tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Çinin Rusiya ilə qarşılıqlı əlaqəsini davam etdirməsi... Aİ-Çin münasibətləri üçün müəyyənedici amil olacaq", - deyə, o, qeyd edib.

AK rəhbərinin sözlərinə görə, Pekinin Moskvaya dəstəyi Avropada təhlükəsizliyə xələl gətirir.

Von der Leyen, həmçinin Çindən bazarını AB mallarına açmağı və Çin sənayesinə dövlət dəstəyini məhdudlaşdırmağı tələb edib. Onun fikrincə, bu cür hərəkətlər Aİ ilə Çin arasındakı ticarət balansını düzəldəcək.