08 iyul 2025 16:12
100

NATO-nun "Rotterdam PLANI"

Avropanın ən böyük dəniz limanı olan Hollandiyanın Rotterdam limanı Rusiya ilə müharibə vəziyyətində fəaliyyət göstərmək planlarını hazırlayır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" nəşri məlumat yayıb. 

Qəzetinin liman idarəsinin rəhbəri Boudeven Simonsun bəyanatına istinadla yaydığı məlumata görə bura Böyük Britaniya, Kanada və ABŞ-dan hərbi yükləri çatdıran gəmilər üçün yerin ayrılması və mülki yüklərin marşrutunun dəyişdirilməsi planlarının hazırlanması daxildir.

Hollandiya Müdafiə Nazirliyi may ayında elan etmişdi ki, Rotterdam limanı NATO-nun tələbi ilə hərbi yük daşıyan gəmilər üçün yer ayırmalı olacaq.

Rotterdam limanı hər il təxminən 436 milyon ton yük qəbul edir və dünyanın on ən böyük yük limanından biridir. Hər il 28.000 dəniz və 91.000 çay gəmisi qəbul edir. Hazırda liman mütəmadi olaraq NATO qoşunları üçün yük qəbul edir.