09 iyul 2025 15:12
103

"Las Palmas"ın futbolçusu ikinci dəfə xərçəngə qalib gəldi

İspaniyanın "Las Palmas" klubunun 29 yaşlı yarımmüdafiəçisi Kirian Rodriges ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib və yenidən yaşıl meydana qayıtmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında məlumat verilib.

"Bu səhər Kirian yeni mövsüm başlamazdan əvvəl tibbi müayinəsini başa vurdu! O, fədakarlığı və enerjisi ilə qayıtmağa başlayır", - deyə, "Las Palmas" klubunun açıqlamasında bildirib.

2022-ci ildə Rodrigesə limfa sisteminin bədxassəli xəstəliyi olan "Hodgkin" lenfoma diaqnozu qoyuldu. 2023-cü ilin yanvarında futbolçu xəstəliyə qalib gələrək meydançaya qayıda bilsə də, 2025-ci ilin fevralında yenidən yoluxma olmuşdu.