09 iyul 2025 15:24
121

Səbinə Xasayeva bir qrup vətəndaşı qəbul edib

İyulun 9-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə Yeni Azərbaycan Partiyasının inzibati binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbul zamanı  vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün  qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən  nəzarətə götürülüb.