11 iyul 2025 09:54
110

"OpenAI" yeni nəsil intellektual brauzeri təqdim edir

"ChatGPT" süni intellekt sisteminin yaradıcısı olan "OpenAI" şirkəti yaxın vaxtlarda süni intellekt texnologiyalarına əsaslanan öz brauzerini təqdim edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, "OpenAI"nin yeni brauzeri geniş süni intellekt funksiyaları ilə təchiz ediləcək. Bu, istifadəçilərə informasiya axtarışını avtomatlaşdırmağa imkan verəcək.

Əgər məhsul uğurla istifadəyə verilərsə, "OpenAI"nin brauzeri hazırda qlobal bazarın üçdəikisindən çoxuna sahib olan "Google Chrome"un mövqelərini zəiflədə bilər və şirkət üçün əhəmiyyətli reklam gəlirləri təmin edə bilər.

Qeyd edək ki, 2025-ci ilin aprelində "OpenAI" "Google Chrome"un alınmasında maraqlı olduğunu bəyan etmişdi, lakin bu saziş baş tutmamışdı.