Fransa Milli Assambleyasının üç deputatının fəaliyyəti Konstitusiya Şurası tərəfindən qeyri-qanuni elan edildikdən sonra onlar istefa veriblər.
“İki sahil” xəbər verir ki, bunlar “Respublika uğrunda birlikdə” (EPR) partiyasının deputatları Stefan Vojetta və Jan Losuq, “Respublika naminə Demokrtalar Birliyi” (UDR) partiyasından Brijit Barejdir. Stefan Vojetta nəqliyyat xərcləri də daxil olmaqla, seçki kampaniyası zamanı çəkilən xərclərin əhəmiyyətli hissəsini qaydasız ödəməkdə, Brijit Barej bələdiyyə sədri olduğu müddətdə vəzifəsindən sui-istifadə etməkdə, Jan Losuq təşviqat xərclərini şəxsi bank hesabından istifadə edərək ödəməkdə və üçüncü tərəflərə 2024-cü il seçki kampaniyası üçün çəkilən xərclərin əhəmiyyətli hissəsini birbaşa ödəməyə icazə verməkdə ittiham olunur.
Konstitusiya Şurası elan edib ki, üç deputatın fəaliyyəti bir il müddətinə qeyri-qanuni elan olunub və deputatlar istefa veriblər.