24 iyul 2025 09:44
176

Çində zavodda təcrübə keçən tələbələr faciəli şəkildə həlak olublar

Çində, mis-molibden emalı fabrikində baş verən qəza nəticəsində altı tələbə həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Сhina Digital Times" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Şimali-Şərq Universitetinin tələbələri zavodda flotasiya (maya hüceyrələrini ayırmaq üçün tətbiq edilən texnologiya - red.) texnologiyasını öyrənirmişlər. Təcrübə zamanı tələbələr üzərində dayandıqları lövhənin çökməsi nəticəsində flotasiya çəninə yıxılaraq həyatlarını itiriblər.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır, istintaq davam etdirilir.