Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “REILGO MMC” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatları təkzib edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Şirkətimizdə hər şey qaydasındadır, heç bir axtarış olmayıb, sakitlikdir”, - o deyib.
“REILGO MMC”-dən “Report”a bildirilib ki, şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib.
“REILGO MMC” ofisində axtarış həyata keçirilməsi ilə bağlı istənilən məlumatı rəsmi olaraq təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün - 25 iyul 2025-ci il tarixində şirkətin ofisində iş adi rejimdə aparılıb”, - şirkətdən bildirilib.