25 iyul 2025 17:11
173

Etirazların Zelenskinin imicinə vurduğu zərbə...

Ukraynada keçirilən son etiraz aksiyalarından sonra Vladimir Zelenskinin imicinə dəyən ziyan geri dönməzdir.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Spectator" yazır.

"O, dinləməklə və geri çəkilməklə düzgün iş gördü. Lakin onun Ukraynada və xaricdə imicinə vurulan ziyan indi geri dönməz ola bilər", - məqalədə qeyd edilir.

Məqalə müəllifi vurğulayır ki, Zelenskinin özünə inamı üzündən həddindən artıq irəli gedib. Jurnalist əlavə edib ki, o, əməlinin əhalidə belə reaksiya doğuracağını gözləmirdi.