25 iyul 2025 17:22
169

"Volkswagen"in itkiləri 1,3 milyard avro təşkil edib

Alman avtomobil istehsalçısı "Volkswagen" üçün ABŞ-ın bu yaz tətbiq etdiyi 25% tarifləri təxminən 1,3 milyard avroya başa gəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Volkswagen"in rüblük hesabatında məlumat verilib.

Hesabatdan məlum olur ki, ikinci rübdə konsernin gəliri 80,8 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır. Əməliyyat mənfəəti 29,4% azalaraq 3,8 milyard avro təşkil edib.

Bunun fonunda avtomobil istehsalçısı illik proqnozunu korrektə edib: indi şirkət satışların 2024-cü il səviyyəsində qalacağını gözləyir, halbuki əvvəllər artımın 5%-ə qədər olacağını proqnozlaşdırırdı.