25 iyul 2025 18:26
159

"Bu, bütün dünya üçün böyük problemdir - Tramp

ABŞ prezidenti Donald Tramp Strateji Hücum Silahları Müqaviləsi (START) müddətinin başa çatmasını dünya üçün böyük problem adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Bu, bütün dünya üçün böyük problemdir", - deyə, Tramp qeyd edib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, hazırda START-a qayıtmaq üçün heç bir əsas yoxdur.