Qəzzada qaçqın düşərgəsi yaxınlığında humanitar yardım daşıyan yük maşınının qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub.
“İki sahil” “Al Arabiya”ya istinadən xəbər verir ki, humanitar yardım daşıyan yük maşını yerli sakinlərə yardım çatdırarkən aşıb. Nəticədə 20 nəfər həlak olub və onlarla insan yaralanıb.
Bildirilib ki, HƏMAS İsraili yük maşını sürücülərini humanitar yardımın çatdırılması üçün təhlükəsiz olmayan marşrutlar seçməyə məcbur etməkdə günahlandırıb.