Rusiya qoşunları bu gün, avqustun 6-da səhər saatlarında Zaporojye bölgəsinə hava zərbəsi endirib.
“İki sahil” xəbər verir ki, Zaporojye regional dövlət administrasiyasının (RSA) rəhbəri İvan Fyodorov hücum nəticəsində həlak olanların və yaralıların olduğunu bildirib. O, “Telegram” kanalında yazıb: “Hava hücumu nəticəsində binalara ziyan dəyib. Ən azı üç qurbanın olduğu məlumdur”.
Regional administrasiya rəhbəri bildirib ki, Rusiya hərbi aviasiyasının hücumu nəticəsində yaralıların sayı 4-ü uşaq olmaqla 12 nəfərə çatıb. Bundan əlavə, azı 9 binaya ziyan dəyib.
“Vəziyyəti ağır və orta ağır olan 5 nəfər xəstəxanaya çatdırılıb”, - deyə Fyodorov əlavə edib.