06 avqust 2025 16:54
148

Uşakov: Kreml Uitkoffun Trampa hesabatından sonra ətraflı şərh verəcək

Kreml dövlət başçısı Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun görüşünün nəticələri ilə bağlı ABŞ lideri Donald Trampa veriləcək hesabatdan sonra ətraflı şərh verəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Uitkoff bu gün baş verən söhbət haqqında Trampa məlumat verəndən sonra şərhləri daha əsaslı bir şeylə tamamlaya biləcəyik" - deyə, o qeyd edib.

Uşakov həmçinin bildirib ki, Rusiya Ukrayna ilə bağlı ABŞ-a siqnallar ötürüb və bəzilərini qəbul edib. Onun sözlərinə görə, tərəflər arasında faydalı və konstruktiv söhbət olub.