10 avqust 2025 20:57
130

"Milan"ın təklifinə razılıq verdi

"Milan" "Genoa"nın futbolçusu Koni De Vinterlə anlaşıb. 

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər şəxsi müqavilə şərtlərində razılıq əldə ediblər. Hazırda klublar arasında danışıqlar gedir. "Genoa" 23 yaşlı mərkəz müdafiəçisi üçün 25 milyon avro istəyir. 

Qeyd edək ki, Koni De Vinterin klubu ilə olan hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.