03 sentyabr 2025 09:42
114

Kamçatka sahillərində 6 ballıq zəlzələ qeydə alınıb

Petropavlovsk-Kamçatskidən 233 km məsafədə 6 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.