03 sentyabr 2025 23:13
103

Cəlilabadda toy mərasimi keçirən ailənin evində yanğın başlayıb

Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.

“İki sahil” xəbər verir ki, hadisə Sərhədabad kəndində qeydə alınıb.

Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 13 nəfər canlı qüvvəsi cəlb olunub.

Yanğının baş verdiyi ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy mərasimi keçirilir.

Faktla bağlı araşdırma aparılır.