05 sentyabr 2025 09:57
183

DÇ-2026: Bu gün Avropa zonası üzrə seçmə mərhələdə növbəti oyunlar baş tutacaq

2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün baş tutacaq. 

“İki sahil” xəbər verir ki, B, C, D, I, L, qruplarında ümumilikdə 10 görüş baş tutacaq.  

Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan yığmasının yer aldığı D qrupunda Ukrayna və Fransa komandaları Polşada üz-üzə gələcəklər. 

DÇ-2026, seçmə mərhələ

5 sentyabr

B qrupu

22:45. İsveçrə - Kosovo

22:45. Sloveniya - İsveç

Xal durumu: Kosovo - 0, Sloveniya - 0, İsveçrə - 0, İsveç - 0.

C qrupu

22:45. Danimarka - Şotlandiya

22:45. Yunanıstan - Belarus

Xal durumu: Belarus - 0, Danimarka - 0, Yunıstan - 0, Şotlandiya - 0.

D qrupu

22:45. Ukrayna - Fransa

22:45. İslandiya - Azərbaycan

Xal durumu: Azərbaycan - 0, Fransa - 0, İslandiya - 0, Ukrayna - 0.

I qrupu 

22:45. Moldova - İsrail

22:45. İtaliya - Estoniya

Xal durumu: Norveç - 12, İsrail - 6, İtaliya - 3, Estoniya - 3, Moldova - 0.

L qrupu

22:45. Monteneqro - Çexiya

22:45. Farer Adaları - Xorvatiya

Xal durumu: Çexiya - 9, Xorvatiya - 6, Monteneqro - 6, Farer Adaları - 3, Cəbəllütariq - 0.