Rusiyada məhkəmə icraçıları məşhur "KDV Qrupu"nun sahibləri Nikolay və Denis Ştenqelov qardaşlarının, həmçinin onların "Kiriyeşki" və "Yashkino" brendlərinə sahib olan "Konditerus Kom" SC şirkətinin əmlakının həbsinə başlayıblar.
“İki sahil” "RIA Novosti"yə istinadla xəbər verir ki, Moskvanın Tver Rayon Məhkəməsi tərəfindən 271 icra vərəqəsi verilib və bunlar iddiaçıya təqdim edilib.
Qeyd edək ki, avqustun sonunda Rusiya Baş Prokurorluğu Nikolay və Denis Ştenqelovun "ekstremist birlik" kimi tanınması üçün məhkəməyə inzibati iddia qaldırıb. Qərarda Ştengelovların gəlirlərinin, o cümlədən "KDV" şirkətlər qrupunun ("Konditerus Kom" SC) dövlət xeyrinə müsadirə edilməsi tələb olunub.
Baş Prokurorluğun iddiasına əsasən, hazırda xaricdə yaşayan iş adamları Rusiyadakı biznesdən əldə etdikləri gəlirləri Ukrayna ordusunun və terrorçu təşkilatların maliyyələşdirilməsinə, həmçinin "düşmən ölkələrin" iqtisadiyyatının dəstəklənməsinə yönəldirlər.